Qərbi Azərbaycan mövzusunda konfrans başa çatıb

qerbi-azerbaycan-movzusunda-konfrans-basa-catib
Oxunma sayı: 1377

“Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda dekabrın 5-də Bakıda öz işinə başlamış beynəlxalq konfransda panel müzakirələri keçirilib və işini yekunlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi: tarixi və miqyası” mövzusunda keçirilmiş paneldə çıxış edən Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən İcmanın Qayıdış Konsepsiyasının mahiyyəti barədə konfrans iştirakçılarına məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edərək, icmanın sülhsevər yanaşmasını təqdir edib.

 “Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda 2-ci paneldə dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunulub.

“Qayıdış hüququ: nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov yekun nitqi ilə çıxış edib.

M.Mərdanov fəal iştiraklarına görə natiqlərə və iştirakçılara təşəkkür edib.