Qətlə yetirildiyi kamera görüntüləri ilə bəlli olub...

qetle-yetirildiyi-kamera-goruntuleri-ile-belli-olub
Oxunma sayı: 1811

Biləsuvarda gəlini tərəfindən qətlə yetirildiyi bildirilən qadınla bağlı təfərrüatlar məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, 4 oğlu və 2 qızı olan mərhum Almaz Cəfərova uzun müddətdir tənha yaşayırmış.

Onun oğlan övladlarının Rusiya Federasiyasında olduğu bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə qalmağa başlayıb. 

Yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evdə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.

Surxay Şahbazov