Qəza aeroport istiqamətində sıxlıq yaratdı - Foto

qeza-aeroport-istiqametinde-sixliq-yaratdi
Oxunma sayı: 2076

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza səbəbindən Hava limanı istiqamətində sıxlıq yaranıb.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.