Xəbər verdiyimiz kimi Füzulidə yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər polis əməkdaşı həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) onların adlarını açıqlayıb.
Qəzada həlak olanlar polis serjantları- Məmmədov Rasim, Seyfi Abdullayev, Ələsgər Əsgərovdur.
Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində 6 polis əməkdaşı da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.