Füzulidə DİN-in 3 əməkdaşı qəzada həlak oldu - Xəsarət alanlar var

fuzulide-din-in-3-emekdasi-qezada-helak-oldu
Oxunma sayı: 8981

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.