Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında olan kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.
Xəbəri rus dilində oxuyun: Тату "Сулейман": В Хызы ищут свидетелей наезда на пешехода - ВИДЕО
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, (+994) 55-210-73-73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, Xızı rayonunda naməlum piyadanın ölümü ilə nəticələnən yol qəzasında həyatını itirən şəxsin kimliyi müəyyən edilib.
Polisin müraciətindən sonra mərhumun ailə üzvü əlaqə saxlayaraq onun şəxsiyyətini təsdiqləyib.
Son xəbərlər
Son Xəbərlər