Qəzalı binalardakı köçkünlər onların mənzilində yaşaya bilər

qezali-binalardaki-kockunler-onlarin-menzilinde-yasaya-biler
Oxunma sayı: 1921

Yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin müvəqqəti olaraq köç edənlərin mənzillərində yaşamaqları təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

Zaur Mirzə