Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 13 mini keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” HƏMAS hərəkatının nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 5,5 mini uşaqdır.
Həmçinin, vurğulanıb ki, anklavda yoluxucu xəstəliklərə yaxalananların sayı 30 min nəfəri keçib.