Qəzzaya dəyən ziyan açıqlandı

qezzaya-deyen-ziyan-aciqlandi
Oxunma sayı: 2461

Qəzza zolağında yerləşən kritik infrastruktura dəyən zərər haqqında hesabat dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bəyanatı BMT və Dünya Bankı hazırlayıb.

Hesabatda bildirilib ki, təşkilatlar ziyanın 18.5 milyard dollar dəyərində olduğunu açıqlayıb.

Xatırladaq ki, İsrail ilə HƏMAS hərəkatı arasında ötən il oktyabrın 7-də başlayan müharibə hələ də davam edir.