“Qiymətlər məsafəyə görə təyin olunacaq” - Cavid Qurbanov

qiymetler-mesafeye-gore-teyin-olunacaq
Oxunma sayı: 638

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların ümumi bir tarif siyasəti, yuxarı və aşağı həddi var”.
 

“Qafqazinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Daşınan yük üçün qiymət hər kilometrə görə təyin olunacaq və bu qiymət hər daşınan yükün getdiyi marşrut boyu əvvəlindən axırına qədər keçərlidir. Yükdaşıma forması çoxdur, neft məhsulları, qida, tikinti məhsulları və s. Məhz bunlar üçün ayrıca qiymət formalaşdırılacaq. Ukrayna da bu yaxınlarda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşuldu və müvafiq sənədlər imzalanandan sonra vahid tarif tətbiq olunacaq. Ödənişlərə gəlincə, bu, ərazidən asılı olacaq. Tutaq ki, Qazaxıstan ərazisindən keçən xətt 3000 km.dir, oradan keçən yük üçün çox ödəniş olacaq, amma Gürcüstanda isə 500 km.dir, burada isə ödəniş azalacaq”, - deyə qurum sədri bildirib.