Qızıl mağazasına silahlı basqın etdilər - Azərbaycanlı qız gündəmdə + Video

qizil-magazasina-silahli-basqin-etdiler
Oxunma sayı: 18504

İstanbulda azərbaycanlı Merve Öznur Hüseynova sevgilisi Enes Erdoğanla qızıl dükanını soymağa cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Bildirilib ki, silahla mağazadan oğurluq etməyə çalışan cütlük hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onlar ifadələrində evlənmək üçün pul tapmadıqlarını deyərək zərgəri soymağa çalışdıqlarını deyiblər.

Qeyd edək ki, 22 yaşlı Merve Öznur Hüseynova 2 il öncə Türkiyə mətbuatına kuryer kimi müsahibə verib.

Oğurluq anının görüntülərini təqdim edirik: