Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu

qonaq-getdikleri-evde-3-yasli-usagi-tok-vurdu
Oxunma sayı: 9635

Lənkəranda azyaşlını qonaq getdikləri mənzildə elektrik cərəyanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, Sabirabad rayonundan Lənkərana qonaq gedən ailənin 2022-ci  il təvəllüdlü qız uşağını elektrik cərəyanı vurub.

Körpə ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona göstərilən tibbi yardımlardan sonra ürək fəaliyyəti uğurla bərpa olunub. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.

Surxay Şahbazov