Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

qonsu-olkelerde-koronavirusla-bagli-veziyyet-necedir
Oxunma sayı: 1226

Dünya hazırda durmadan yayılmaqda olan koronavirus pandemiyası ilə mübarizə aparır.

“Qafqazinfo” xəbər verir ki, regionda və qonşu ölkələrdə də vəziyyət müsbət olaraq qiymətləndirilmir. Belə ki, son sutka ərzində Gürcüstanda koronavirusa 4233 yeni yoluxma halı qeydə alınıb, 38 nəfər isə dünyasını dəyişib. 

Son 24 saat ərzində qonşu ölkədə 1934 nəfər virusdan sağalıb. Bununla yanaşı, pandemiya başlayandan bu günə qədər 390 827 nəfər sağalıb, 5948 nəfər isə həlak olub. 

Ümumilikdə pandemiya dövründə bu ölkədə 432 903 yoluxma halı aşkarlanıb. 

Türkiyədə isə dünən COVİD-19-a 24 832 yoluxma halı aşkarlanıb. Bununla yanaşı, avqustun 3-2 ölkədə 126 nəfər dünyasını dəyişib, 6243 nəfərin isə müalicə və karantin müddəti başa çatıb. 

Rusiyaya gəldikdə isə bu ölkədə koronavirusla bağlı vəziyyət kifayət qədər gərgindir. Dünən bu ölkədə 22010 yoluxma qeydə alınıb. Ümumilikdə pandemiya başlayandan bu günə qədər Rusiyada 6 334 195 yoluxma halı aşkarlanıb. 

Bununla yanaşı, dünən Rusiyada 788 nəfər koronavirusdan dünyasını dəyişib və ümumilikdə pandemiya dövründə 160 925 nəfər COVİD-19 səbəbindən vəfat edib. 

Ermənistanda isə son sutkada bu ölkədə koronavirusa 280 yeni yoluxma halı qeydə alınıb və bununla da bu günə qədər yoluxanların sayı 230 993 nəfər təşkil edib. 

Bununla belə, Ermənistanda son sutka ərzində 4 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə pandemiya dövründə isə Ermənistanda 4625 nəfər vəfat edib. Hazırda 4808 aktiv koronavirus xəstəsinin müalicəsi davam edir.