Qubada 34 yaşlı kişi baltalandı - Qohumu saxlanıldı

qubada-34-yasli-kisi-baltalandi
Oxunma sayı: 1875

Qubada qadın kişini baltalamaqda şübhəli bilinir.

“Qafqazinfo”nun məlumatına görə, Qubanın Çartəpə kəndində qohumlar arasında yaranan mübahisə baltalanma ilə bitib.

Belə ki, Çartəpə kənd sakini 34 yaşlı Rüstəmov Kamrana yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirildiyi bildirilir.

Yaralı K.Rüstəmov Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisəni törətməkdə şübhəli bilinən G.Nəcəfova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Mübariz Muradov