Qubada ana ilə körpəsi doğuş vaxtı öldü

qubada-ana-ile-korpesi-dogus-vaxti-oldu
Oxunma sayı: 2733

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüblər.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyaya gələn köprəsi vəfat ediblər.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında övladı var.

Faktla bağlı araşdırma aparılır.