Qubada bələdiyyə sədrinin evi yanıb - Video

qubada-belediyye-sedrinin-evi-yanib
Oxunma sayı: 2418

Qubada yanğın baş verib.

"Qafqazinfo"nun "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Yerfi kənd məktəbində müəllim işləyən Həsənov Mübariz Oqtay oğluna və Yerffi kənd bələdiyyəsinin sədri Həsənov Əbülfət Oktay oğluna məxsus bir-birinə bitişik evlər yanıb. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətləniblər.