Qubadlı-Eyvazlı yolu bu tarixdə istifadəyə veriləcək

qubadli-eyvazli-yolu-bu-tarixde-istifadeye-verilecek
Oxunma sayı: 3501

“Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

Sədr bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: “Bu yol vasitəsilə, həmçinin Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bununla isə Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol cari ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”.

Zaur Mirzə