"Qafqazinfo" xəbər verir ki, Avro Liqaya bu mövsüm start verən "Neftçi" öz meydanında Sloveniyanın "Koper" klubuna 2-1 hesabı ilə uduzub. Bu nəticə ilə "Neftçi" növbəti mərhələyə çıxmaq şansını müşkülə salıb. 24-cü dəqiqədə "Koper"in futbolçusu Qoren Qalesiç hesabı açıb.41-ci dəqiqədə Meteç Palçiç komandasını üstünlüyünü 2 topa çatdırıb. Yalnız ilk hissənin sonunda Araz Abdullayev "Neftçi"nin görüşdə ilk və son qolunu vurub. Beləliklə, öz meydanında 2-1 hesabı ilə uduzan "Neftçi 1 həftə sonra keçiriləcək cavab oyununa məğlub durumda yollanacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər