Qusarda ağır yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Qusarda avtoqəzada xəsarət alan şəxslər Sabirabad rayon sakinləri-1980-ci il təvəllüdlü Ə.Soltanov, 1993-cü il təvəllüdlü C.Soltanov, 1999-cu il təvəllüdlü S.Soltanov, 1996-cı il təvəllüdlü P. Soltanov və 1987-ci il təvəllüdlü S.Həsənovdur.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər