Qusarda mülki müdafiə təlimi keçirilib - Video

qusarda-mulki-mudafie-telimi-kecirilib
Oxunma sayı: 1647

2023-cü il üçün Hazırlıq planına müvafiq olaraq Qusar rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə. təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Həmçinin oxuyun: Захотела проголосовать за террориста, но была задержана

Qusar şəhərində təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Qusar rayonunda təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan F.İlyasov qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı və digər mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Kompleks təlimə ümumilikdə 193 nəfər şəxsi heyət və 53 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.