Rafet El Roman Gəncədə konsert verəcək

rafet-el-roman-gencede-konsert-verecek
Oxunma sayı: 3612

Gəncə şəhərinin Heydər Əliyev adına “Park-Xiyaban” Kompleksində (“Zəfər Tağı”nın qarşısı) Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert proqramı baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli müğənni Rafet El Roman konsert proqramında iştirak edəcək.

Konsert mayın 10-u saat 19:00-da başlayacaq.

Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olacaq.