Rakka bombardımanı nəticəsində ölənlərin sayı artıb

rakka-bombardimani-neticesinde-olenlerin-sayi-artib
Oxunma sayı: 644

Beynəlxalq koalisiyanın Suriyanın Rakka şəhərinə endiriyi aviazəbələr nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət teleradiosu məlumat yayıb.

Hava zərbələri  şəhərin Huneyda qəsəbəsinə endirilib. Hücumlar nəticəsində ölənlərin sayı 15-ə çatıb. Onlardan 3-ü qadın və uşaqdır.

Daha əvvəl Əl-Cəzirə kanalı 10 nəfərin öldüyünü bildirmişdi.