Ralli yarışlarında ağır qəza - İdmançının ürəyi dayandı

ralli-yarislarinda-agir-qeza
Oxunma sayı: 2017

Seneqalın paytaxtı Dakarda keçirilən ralli yarışlarında xoşagəlməz hadisə baş verib. “Qafqazinfo”nun məlumatına görə, yarışın ikinci mərhələsində ispaniyalı motosikletçi Karles Falkon qəzaya uğrayıb. 

O, qəzaya uğradıqdan sonra ürəyi dayanıb. Hazırda idmançının vəziyyəti ağırdır. 

Falkon helikopterlə xəstəxanaya çatdırılıb. 

Qısa müddət sonra Dakar yarışının direktoru David Kastera qəza ilə bağlı məlumat verib. Onun sözlərinə görə, həkimlər gəldikdə Falkonun nəbzi olmayıb. O, uğurla reanimasiya olunsa da, sonrakı müalicə üçün xəstəxanaya aparılıb.