Ramiz Novruz dəfn olundu - Fotolar - Yenilənib

ramiz-novruz-defn-olundu
Oxunma sayı: 20134

Ötən gün gecə saatlarında vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərhumun Yasamal rayonunda yerləşən evində keçirilən mərasimdə ailə üzvləri, sənət dostları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatrda xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

R. Novruz xərçəng xəstəliyindən əziyyət çəkirdi.

***

Xalq artisti Ramiz Novruzla vida mərasimi başa çatıb.

Mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.

***

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Fotolar: Müzəffər İsmayılov