Raykinin xatirə gecəsi keçirildi

raykinin-xatire-gecesi-kecirildi
Oxunma sayı: 639

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, tədbirdə həmvətənlərin təşkilatlarının, gənclər birliklərinin nümayəndələri, tələbələr iştirak ediblər.
Gecənin aparıcısı Kəmalə Əliyeva satira janrının misilsiz nümayəndəsi, nadir istedadına görə “min üzlü insan” adlandırılan A.Raykinin həyat və yaradıcılıq yolundan danışıb. O qeyd edib ki, sovet “gülüş kralının” yaradıcılığı həm keçmiş ittifaqın ölkələrində, həmçinin onun hüdudlarından kənarda hamıya yaxşı tanışdır.

Gecə çərçivəsində A.Raykinin iştirak etdiyi “Sənətin sehirli gücü” bədii filmi nümayiş olunub.