Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədova cəza istənilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək X.Məmmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 12-də davam etdiriləcək.
İttihama görə, X.Məmmədov zərərçəkmiş Elsevər Rufullayevdən Xətai rayonu ərazisində obyekt tikməyə icazə vermək üçün 40 min manat alıb. Tikinti qanunsuz olduğu üçün daha sonra Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.
Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər