“Real” onun üçün 100 milyon verməyə hazırdır

real-onun-ucun-100-milyon-vermeye-hazirdir
Oxunma sayı: 3036

“Real” “Bayer”in (Leverkuzen) futbolçusu Florian Virtslə maraqlanır. 

“Qafqazinfo” xəbər verir ki, jurnalist Antonio Qallardo Madrid klubunun yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. 

Lakin futbolçu 2025-ci ilə qədər “Bayer”də (Leverkuzen) çıxış etmək istədiyi üçün, transferin baş tutması yubana bilər. 

Bununla yanaşı, alman futbolçu ilə, “Mançester Siti”nin də maraqlandığı vurğulanıb.

Qeyd edək ki, F.Virtsin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt" onun dəyərini 110 milyon avro həcmində qiymətləndirir.