“Real”ın yeni baş məşqçisi rəsmən açıqlandı

realin-yeni-bas-mesqcisi-resmen-aciqlandi
Oxunma sayı: 2723

İspaniyanın “Real” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisini bundan sonra Karlo Ançelotti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Zinədin Zidanla yollarını ayıran “kral klubu”, fransız mütəxəssisi italyan məşqçi ilə əvəz edib. Zidan kimi, Ançelotti də ikinci dəfədir “Real”a baş məşqçi təyin olunub. 61 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Karlo, 2013/14 və 2014/15 mövsümlərində də “Real”ı çalışdırıb.