İranın mərhum prezidenti İbrahim Rəisinin ölümündən öncə peycerlə çəkilən görüntüləri ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı paylaşım edib.
Məlumata görə, həmin görüntülər 2022-ci ildə çəkilib və Pakistan xarici işlər naziri ilə görüşə aiddir.
Qeyd edək ki, dünəndən bəri Livanda “Hizbullah”ın istifadəsində olduğu deyilən rabitə cihazlarında partlayışlar baş verir. Hadisə nəticəsində 21 nəfərin həlak olduğu, 4 mindən çox şəxsin yaralandığı bildirilir.