Rəşad Nəbiyev CISCO-nun baş vitse-prezidenti ilə görüşüb

resad-nebiyev-cisco-nun-bas-vitse-prezidenti-ile-gorusub
Oxunma sayı: 1164

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.