“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov intizamsızlıq etdiyinə görə əsas komandadan qovulan Elvin Cəfərquliyevdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı azərbaycanlı futbolçuların məşhur olduqdan sonra səvlərə yol verməsi ilə bağlı sualı cavablandırıb.
O bu məsələdə çıxış yolunun nədə olduğunu bilmədiyini söyləyib: “Çıxış yolunun nə olduğunu bilmirəm. Vaxtı ilə bəlkə məndə də xətalar olub. Daha çox çalışa bilərdim, daha dözümlü ola bilərdim. Kiminsə səhvləri haqda danışmağım düzgün olmaz. Çox istəyərdim ki, yerli oyunçular daha intizamlı olsunlar. Çempionlar Liqasında matçın oyunçusu olmaq asan deyil. Uğuru düzgün balanslaşdırmağa çalışsınlar. Təbii ki, məhşurlaşacaqsan. Bunu düzgün idarə etmək lazımdır. Əks halda, başqa fəsadlar olacaq”.
R.Sadıqov “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevin Azərbaycan kubokunun yarımfinalının ilk görüşündən sonra verdiyi qalmaqallı açıqlamaya da münasibət bildirib: “O açıqlama məni çox məyus etdi. Məsələ hakimi tənqid etməkdən getmir. Penaltilərim verilməsəydi, mən də olsam, tənqid edərdim. Amma orada bəzi açıqlamalar var ki, məyusedicidir. Çox emosional olub. Düşünürəm ki, Ehtiram müəllim özü də sonradan düşünəndə bu cür danışdığına görə məyus olub”.
Son xəbərlər
Son Xəbərlər