Rəşad Sadıqovun 100-cü qələbəsi

resad-sadiqovun-100-cu-qelebesi
Oxunma sayı: 330

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.

Komanda Misli Premyer Liqasının 20-ci turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan paytaxt təmsilçisi 100-cü dəfə qələbəsinə sevinib. Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

Qeyd edək ki, R.Sadıqov 2020-ci ildən “Zirə”ni çalışdırır.