Rəsmi Ankara Cənubi Kiprin silahlanması barədə bəyanat yaydı

resmi-ankara-cenubi-kiprin-silahlanmasi-barede-beyanat-yaydi
Oxunma sayı: 1315

Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, sənəddə Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətini sürətləndirdiyinin müşahidə olunduğunu bildirilib:

“Cənubi Kiprin bu səhv siyasətinin regionda sabitliyin və hüzurun pozulmasına şərait yarada biləcəyinə və adada silahlanma yarışının başlana biləcəyini xatırlatmaq istəyirik”.