ABŞ-nin cənub-şərqindəki Corciya ştatına səfəri zamanı Prezident Donald Tramp “fast food” restoranına baş çəkib və komandasına hamburger sifariş edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı videonu “The New York Post” nəşri paylaşıb.
Bildirilir ki, fevralın 19-da siyasətçi “The Varsity”də olub. Tədbirdən əvvəl o, restoranın qarşısında dayanıb, işçilərlə söhbət edib, avtoqraf verib.
Videoda Tramp tədbirdən sonra götürülə, qızdırıla və komandasına təqdim edilə bilən yemək hazırlamaqlarını istəyir.
Son xəbərlər
Son Xəbərlər