Ronaldo Portuqaliyanı finala çıxardı - Video

ronaldo-portuqaliyani-finala-cixardi
Oxunma sayı: 8825

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, raundun ilk oyun günündə Portuqaliya Almaniya yığmasına 1:2 hesabı ilə qalib gəlib və finala yüksəlib.

48-ci dəqiqədə Florian Virts alman komandasını hesabda irəli çıxarsa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqədə Kriştianu Ronaldo Portuqaliyanın qələbə qoluna imza atıb.

Bununla da 40 yaşlı Ronaldo millidə 137-ci qolunu vurub.

Qeyd edək ki, digər yarımfinalda İspaniya və Fransa qarşılaşacaq. Bu gün baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.