Rövnəq Abdullayevin oğlu klub rəhbəri seçildi

rovneq-abdullayevin-oglu-klub-rehberi-secildi
Oxunma sayı: 10356

Birinci divizionda iştirak edəcək “Səbail” klubunun iclası keçirilib. "Qafqazinfo" Apasport.az-a istinadən xəbər verir ki, toplantıda klubun rəhbəri müəyyənləşib.

Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə klubun Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludur.