“Rusiya Azərbaycanda hakimiyyətə öz adamını gətirə bilməz”

rusiya-azerbaycanda-hakimiyyete-oz-adamini-getire-bilmez
Oxunma sayı: 655

- İlqar bəy, bu günlərdə politoloq Cümşud Nuriyev Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi, soydaşlarımızdan ibarət onbaşılar yaratması mövzusunda mətbuatda əks-səda yaradan açıqlamalar verib. Sizcə, bu fikirlər nə qədər həqiqəti əks etdirir?
-Bu fikirlərin əsası ola bilməz, çünki bu insanda təfəkkür maddiyyata söykənmir, ona görə də düşüncə tərzi müqəddəs - Vətən anlayışı sərhəddini-orbitini vurub keçir, onun özü də hiss etmədən. Mən Cümşüd müəllimin bu çıxışında antivətənpərvərlik və antiazərbaycançılıqdan savayı bir şey sezmədim. Təəssüf ki, belə bir adam ciddi politoloq kimi tez-tez mətbuatda işıqlandırılır, ictimai fikrə bu cür cəfəng təsir imkanına malik olur.

-Sizcə,Rusiya Azərbaycanda hakimiyyətə öz adamına gətirə biləcək?
-Mən əslində çox şadam ki, uzun səbr və təmkindən sonra nəhayət Azərbaycan rəhbərliyinin hegemon siyasətli Rusiyaya təpkisinin işartıları görünməyə başlayıb. Rusiya kimi təhlükəni hamılıqla başa düşsək, və hakimiyyətli, vətəndaş cəmiyyətli ümumi müqavimət göstərsək, Rusiyanın ölkəmizə təsir imkanını heçə endirə bilərik, qalsın onun adamının Azərbaycanda hakimiyyətə gəlməsinə.

-Yəni,hesab edirsiniz ki, Rusiya Azərbaycanda İvanişvili varinatını gerçəkləşdirə bilməz...
-Bilməz, Azərbaycan geosiyasət üçün kənardan sadə göründüyü qədər də proqnoz üçün mürəkkəbdir, çətindir. Eynilə idarə edilməsi kimi.

- Bəs,Qarabağ kartından istifadə edib güclü təzyiqlər edə bilərmi? Məsələn, erməni forması geyinmiş rus əsgərlərinin əli ilə digər torpaqlarımızın işğalını həyata keçirsin. Onu qeyd edim ki, bu fikri bir neçə dəfə politoloq Vəfa Quluzadə də gündəmə gətirib…
-Mən "İran AZƏRBAYCANDAN NƏ İSTƏYİR" adlı məqaləmdə əvvəl-axır bizim ütülü kostyumlarımızı cıxarıb, fransız ətirli köynəklərimizin qolunu çırmalayıb bütün əzmimizlə vətən uğrunda mübarizə aparmaq zorunda qalacağımızı yazmışdım. Yəni sözü bir yerə qoyub, ciddi və hamılıqla müqavimət göstərsək, bizə də kömək göstərən dövlətlər tapılar, özümüz də tam ləyaqətlə məqsədimizə çatarıq.

-Hesab edirsiniz ki,vəziyyət bu qədər ciddidir?
-Azərbaycan ətrafında vəziyyət, həmişə dartışmalar səviyyəsində ciddi olub. Sadəcə bəzən bu sezilir, bəzən gizli gedir. Nə qədər ki, biz iradə ortaya qoyub vahid, qüdrətli Azərbaycan dövləti kimi dünya xəritəsində öz halal yerimizi tutmayacağıq, bizə qarşı bu çirkin maraqlar, bu iştahalar, bu tələblər, üzərimizdə olan dartışmalar bitməyəcək.