Rusiya bu ölkələrlə beynəlxalq rouminqi ləğv edəcək

rusiya-bu-olkelerle-beynelxalq-rouminqi-legv-edecek
Oxunma sayı: 1685

Rusiya 2025-ci ilə qədər Ermənistan, Qazaxıstan və Qırğızıstanla beynəlxalq rouminqi ləğv edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Avrasiya İqtisadi Komissiyasının (AİK) müttəfiq dövlətlərin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin bütün iri mobil operatorlarına ünvanlanan sorğusuna istinadən bildirib.

Qəzetin məlumatına görə, AİK beynəlxalq rouminqdə ədalətli mobil xidmət tarifləri haqqında məlumat istəyib. Məktubda komissiya 1 yanvar 2020-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin istifadəçilərinə göstərilən mobil rabitə xidmətlərinin həcmi və dəyəri, abonentlərinin sayı barədə məlumat verilməsini xahiş edib. Ona, həmçinin əldə olunan gəlirlər barədə məlumat lazımdır. AİK məlumatı aprelin 14-dək almaq niyyətindədir.