“Rusiya ilə münasibətlərdə problemlər var”

rusiya-ile-munasibetlerde-problemler-var
Oxunma sayı: 2387

“Ermənistan NATO-ya üzv olmaq niyyətində deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TN” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda bu məsələ Ermənistanın gündəmində deyil. 

Mirzoyan qeyd edib ki, ölkəsi ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab edir. 

O, həmçinin vurğulayıb ki, hazırda Moskva ilə münasibətlərdə problemlər mövcuddur: “Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil”.