Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi - Siyahı+Yenilənib

azerbaycan-avroviziya-2024un-finalina-kece-bilmedi
Oxunma sayı: 9344

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq.

Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır. 

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edəcək. Onlar səhnəyə 12-ci çıxacaqlar.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

***

“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. 

Nəticələrə görə aşağıdakı ölkələr finala keçə bilib:

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq