Rusiya missiyasının Aya buraxılması təxirə salındı

rusiya-missiyasinin-aya-buraxilmasi-texire-salindi
Oxunma sayı: 1327

“Roskosmos” Rusiya missiyasının Aya buraxılmasını təxirə salıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti teleqramda məlumat yayıb.

Bildirilib ki, yaxın tarixdə ilk eniş iyulun 13-dən avqusta kimi təxirə salınıb.

“Missiyanı həyata keçirmək üçün korreksiyaların aparılması və səthə enmə mərhələlərində yerüstü idarəetmə vasitələrinin stabil işləməsini təmin edəcək əlavə tədbirlər həyata keçirmək lazımdır. “Luna-25”in 2023-cü ilin avqustunda buraxılması məqsədəuyğun hesab edilib”, - deyə “Roskosmos”un bəyanatında bildirilib.