Rusiya ordusunda döyüşən daha bir azərbaycanlı həlak olub? - Fotolar-Yenilənib

rusiya-ordusunda-doyusen-daha-bir-azerbaycanli-helak-olub
Oxunma sayı: 2251

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkəran rayon Ürgə kənd sakini İsmayıl A. aldığı xəsarətlərdən həyatını itirib.

Onun 44 günlük Vətən müharibəsində iştirak etdiyi və bir müddət əvvəl Rusiya ordusuna qoşulduğu bildirilib.

***

İsmayılın qardaşı Elçin Ağayev əlaqə saxlayaraq bildirib ki, qardaşı sağdır və döyüş əməliyyatlarında iştirak edir.