Rusiya qırıcısı qəzaya uğradı - Foto

rusiya-qiricisi-qezaya-ugradi
Oxunma sayı: 1824

Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, MiQ-31 qırıcısı Murmansk vilayətində qəzaya düşüb.

İlkin məlumatlara görə, MiQ-31 qırıcısı gölə düşüb.

Bildirilib ki, MiQ-31-də planlaşdırılmış uçuşun icrası zamanı mühərriklərdən biri alovlanıb, daha sonra yerə çırpılıb.

Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiq edib.

Təyyarənin düşməsinin ilkin səbəbi kimi texniki nasazlıq göstərilib.