Rusiya səfiri Polşa XİN-ə çağırıldı

rusiya-sefiri-polsa-xin-e-cagirildi
Oxunma sayı: 1737

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi nümayəndəsi Vladimir Aleksandrov məlumat verib. O, səfirin XİN-ə çağırılma səbəbini açıqlamayıb.

RAR agentliyinin məlumatına görə, Andreyev Polşa XİN-ə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə əlaqədar çağırılıb. Bundan başqa, digər səbəb kimi, Ukraynanın şərq sərhədindəki vəziyyət göstərilir.