“Rusiya Ukraynadakı mülki obyektləri qəsdən hədəf alır”

rusiya-ukraynadaki-mulki-obyektleri-qesden-hedef-alir
Oxunma sayı: 2207

Rusiya qoşunları Ukraynada gedən müharibədə mülki obyektləri qəsdən hədəf alırlar.

“Qafqazinfo” “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Biz hələ də dinc əhaliyə ixtiyari hücumlar görürük və hesab edirik ki, bir çox hallarda onlar qəsdən edilir”, - o deyib. 

Kirbi əlavə edib ki, bu cür hərəkətlər dinc sakinlər arasında qurbanların sayının artmasına gətirib çıxarır ki, buna da haqq qazandırmaq olmaz.

Bundan başqa, Pentaqonda Rusiya tərəfini Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə ittiham ediblər. “Biz Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyinin aydın təsdiqini görürük və biz bunun sübutunu toplamağa kömək edəcəyik”, - deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların Müdafiə Nazirliyi mümkün hərbi cinayətlərin istintaqına öz töhfəsini verəcək və onu aidiyyəti beynəlxalq təşkilatlara təqdim edəcək.