Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşəcək

rusiya-ve-ukrayna-ombudsmanlari-turkiyede-gorusecek
Oxunma sayı: 1257

Yanvarın 12-14-də Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşməyi planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın İnsan Haqları üzrə məsul şəxsi Tatyana Moskalkova jurnalistlərə açıqlamasında danışıb.

O, yanvarın 12-14-də Türkiyəyə səfər edəcəyini deyib.

Türkiyədə keçiriləcək foruma müxtəlif ölkələrdən çoxlu sayda ombudsmanın qatılacağını deyən Moskalkova, “Ukrayna tərəfi ilə görüşü planlaşdırırıq. Biz görüşün mümkünlüyünü və danışıqlarımızın mümkün aparıcı gündəliyini müzakirə edirik”, - bildirib.

Qeyd edək ki, Ukrayna parlamentinin insan haqları üzrə müvəkkili Dmitro Lubinets də Türkiyədə Rusiya tərəfi ilə görüşün planlaşdırıldığını bildirib.