Rusiya Xarkovu “İsgəndər”lə vurdu - Video

rusiya-xarkovu-isgenderle-vurdu
Oxunma sayı: 4026

Rusiya qoşunları Xarkov vilayətinin, Kupyanski rayonunun Kovşarka qəsəbəsinə “İsgəndər” raketi atıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, zərbə nəticəsində üç yaşlı, bir hamilə qadın, 2 uşaq xəsarət alıb, yataqxana binası, iki fərdi yaşayış evi və qaz xətti zədələnib: “Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Təcili yardım briqadası hadisə yerində işləyir. Əlavə məlumat  veriləcək”.