Rusiyada 40 israilli saxlanıldı

rusiyada-40-israilli-saxlanildi
Oxunma sayı: 1369

Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında təxminən 40 İsrail vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları sərnişinləri pasport nəzarəti zamanı saxlayaraq saatlarla dindirib.

Saxlanılanlar arasında uşaqların da olduğu bildirilir. İddialara əsasən, yoxlama zamanı onların mobil telefonları araşdırılıb və İran-İsrail münaqişəsi ilə bağlı suallar verilib.

Hadisədən sonra Təl-Əviv administrasiyası vətəndaşlarını Rusiyaya səfər edərkən daha ehtiyatlı olmağa çağırıb.