Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri “Alekseyvski bazarı”na nəzarət edən Niyaz Zahidov adlı şəxsi və bir neçə tərəfdaşını saxlayıb.
N.Zahidovun Rusiya pasportu müsadirə olunub və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib.
Bildirilir ki, həmin şəxs 2005-ci ildə Voronej məhkəməsinin qərarı ilə səkkiz il həbs cəzasına məhkum edilib və cəzasını Azərbaycanda çəkib.
2019-cu ildə yenidən Rusiyada məskunlaşıb.
Son xəbərlər
Son Xəbərlər