Rusiyada çimərliyə ildırım düşdü - 3 ölü, 3 yaralı

rusiyada-cimerliye-ildirim-dusdu
Oxunma sayı: 2504

Rusiyanın Tula vilayətinin Bunırevo kəndində çimərlikdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Oka çayının sahilində istirahət edən bir qrup insanı ildırım vurub.

Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Bildirilib ki, hadisə yerli vaxtla 13:00 radələrində qeydə alınıb.